Arasdirma.info

İçki içənlərin ürəyi belə olur: "Pivə ürəyi" sindromu nədir? - FOTO

12-10-2020, 00:33

İçki içənlərin ürəyi belə olur: "Pivə ürəyi" sindromu nədir? - FOTO
"Pivə ürəyi", "Öküz ürəyi" sindromu deyilən ürək sanki kapron coraba salınmış kimi görünür və normal ürəkdən həcmcə böyük olur. Bu kardiomiopatiya adlı xəstəlikdir. Daha çox alkoqol məhsullarının miokarda çökməsi və təsirindən başlayır.

Arasdırma.info xəbər verir ki, daha çox araq, pivə içənlərdə rast gəlinən bu vəziyyət çətin diaqnoz olunur və digər ürək damar xəstəlikləri ilə oxşardır.

Xəstələr çox zaman həkimə çox pivə və içki içdiklərini də etiraf etmir.

Diaqnoz təsdiq olunanda isə artıq gec olur. Çünki orqan geridönməz dağılma prosesinə qədəm qoyur.

İlkin mərhələdə heç bir ağrı, ciddi əlamət olmur. Getdikcə xəstənin fiziki iş və yükə dözümlülüyü azalır və tez yorulmağa, təngnəfəs olmağa başlayır.

Daha sonra ağrı, aritmiya - ritm pozulması, təzyiqin artıb azalması, sanki nəfəs çatışmazlığı. kürəkdə və ürəkdə ağrı, sancı, paroksizmal aritmiya, ürəyin gah sanki dayanması, sonra sürətlə işləməsi, ürək çatışmazlığı, dodaqların, barmaqların göyərməsi, depressiya, həvəssizlik kimi əlamətlər baş qaldırır.

Sizə pivə ürəyinin fotosunu təqdim edirik. / "Medicina"

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN