Xocalı və Xankəndi aeroportları kimə və nəyə xidmət edəcək?

Oxunma sayı: 326
2-12-2020, 22:38

Xocalı və Xankəndi aeroportları kimə və nəyə xidmət edəcək?
Laçın rayonunun da işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası rəsmən başa çatdı. İndi ermənilər yalnız Laçın dəhlizi ilə Xankəndiyə hərəkət edə bilər. Bu yol Rusiya sülhməramlılarının nəzarəti altındadır.

Arasdırma.info nokomment.aza istinadən xəbər verir ki, sülhməramlılar əvvəlcə texnika və heyətini İrəvanın Erebuni və Zvartnots aeroportlarından Xankəndiyə daşımağa başlamışdılar. Bu hava limanlarından Qarabağın mərkəzinə qədər olan məsafə 320 km-dir.

Daha sonra texnika və yüklər Bərdə dəmiryol stansiyasına gətirilmiş, oradan isə maşınlara boşaldılaraq 100 km-lik Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə Qarabağa çatdırılmışdı.

Hər iki marşrutun operativlik baxımından əlverişli olmadığı, çox vaxt apardığını əsas gətirən sülhməramlılar Xankəndi aeroportundan istifadə etmək qərarına gəliblər. Uçuş-enmə zolağı 2200 metr olan bu aeroport 1990-cı ildən fəaliyyət göstərmir, infrastrukturu dağıdılıb, 2012-ci ildə bərpa edilib, lakin Azərbaycanın müqavimətinə görə uçuşlar həyata keçirilməyib. Ərazinin relyefi imkan verir ki, uçuş-enmə zolağı daha 1000 metr də uzadılsın və yanında ikincisi də inşa olunsun.

Bundan sonra Qarabağın logistik mərkəzi bu aeroport olacaq. Qısası, Rusiyadan birbaşa Xankəndiyə uçuşlar həyata keçirilə bilər. Bir az əvvəl məlum olub ki, eyni məqsədlərlə Xocalı aerportu da fəaliyyət göstərəcək.

Bəs aeroportlara nəzarəti kim həyata keçirəcək? Gömrük və sərhəd xidmətlərinin fəaliyyətləri, ümumiyyətlə, olacaqmı? Aeroprotlarla silah və qadağan olunmuş digər yüklərin daşınmamasına kim cavabdehlik daşıyacaq? Tezliklə bütün suallara cavab almaq istərdik…

Paylaş
Xəbər lentİ