Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı

Oxunma sayı: 302
22-02-2021, 14:25

Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı
Bakıda 20 yaşlı qızın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sevil Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb:

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirillir".//olke.az

Paylaş
Xəbər lentİ