Çinin kosmik gəmisi Ayda ev tapdı - FOTO

Oxunma sayı: 281
5-12-2021, 19:14

Çinin kosmik gəmisi Ayda ev tapdı - FOTO
Çinin kosmik gəmisi dünyada səs-küyə səbəb olan kəşf edib.

Arasdırma.info bildirir ki, Ayda işini davam etdirən "Yutu-2” kosmik gəmisi bir ev görüntüləyib. Qeyd edilib ki, kub formalı evin içərisində nə olduğu hələ məlum deyil. Çinin kosmos araşdırmalarını analiz edən jurnalist Endryu Cons aşkar edilən obyektin "sirli ev” adlandırıldığını bildirib.

Məlumata görə, gəmi obyektdən 80 metr aralıdadır və bu məsafəyə görə görüntü də bulanıqdır. Endryu Cons yaxın zamanlarda "Yutu-2”nin "sirli ev”ə yaxınlaşacağını əlavə edib.//sfera

Paylaş
Xəbər lentİ