Azərbaycanlı diplomat koronavirusdan vəfat etdi

Oxunma sayı: 22
13-01-2022, 09:31

Azərbaycanlı diplomat koronavirusdan vəfat etdi
12 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin təsərrüfat müdiri Həsən Səfər oğlu Hüseynov COVİD-19 virusuna yoluxması nəticəsində dünyasını dəyişib.

Arasdırma.infoxəbər verir ki, Həsən Hüseynov uzun müddət Xarici İşlər Nazirliyi sistemində, o cümlədən ölkəmizin Türkiyə Respublikası və Rusiya Federasiyasındakı səfirliklərində işləyib.

"Həmin dövrdə ona verilən bütün tapşırıqları layiqincə yerinə yetirən Həsən Hüseynov peşəkar olması ilə yanaşı, yüksək insani keyfiyyətlərə də malik idi. O, həmkarlarının hörmət və rəğbətini qazanmış, hər zaman onların istər işlə bağlı, istərsə də şəxsi müraciətlərini cavabsız qoymayaraq hər cür köməklik göstərməyə çalışmışdır.

Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etdi
Qazaxıstanda nə baş verir? - GÜNÜN ŞƏRHİ
Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri Moskvada görüşdü
Həsən Hüseynov həm də gözəl ailə başçısı, qayğıkeş ata idi. Övladlarının layiqli böyümələri və yüksək səviyyədə təhsil almaları üçün onlara hər cür dəstək olmuşdur.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin kollektivi və şəxsən öz adımdan uzun illər ərzində mənimlə Moskva şəhərində çalışmış əziz Həsənin ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirəm!", deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu adından yayılan məlumatda qeyd olunub.//APA

Paylaş
Xəbər lentİ