“Pokrovka Məhərrəm” Azərbaycana ekstradisiya olundu

Oxunma sayı: 449
25-11-2019, 13:39

“Pokrovka Məhərrəm” Azərbaycana ekstradisiya olundu
Azərbaycanlı biznesmen Məhərrəm Quliyev (Pokrovka Məhərrəm) Rusiyadan deport edilib.

Arasdırma.info xəbər verir ki, bu məlumatı “REN TV” yayıb. Məlumata görə, Quliyev Azərbaycana Şeremetyova hava limanından ekstradisiya olunub.

Qeyd edək ki, Məhərrəm Quliyev bundan öncə miqrasiya qanunvericiliyini pozduğu üçün hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. Onun Rusiya ərazisində qanunsuz olduğu müəyyən edilmişdi. Bundan sonra məhkəmə onun Rusiyadan ekstradisiya haqqında qərar qəbul etmişdi.

Məhərrəm Quliyev əslən Şəmkir rayonundandır. O, uzun zaman Azərbaycandan Moskvaya göndərilən kənd təsərrüfatı məhsullarının tədarükünə nəzarət edib. “Pokrovka Məhərrəm” adı ilə məşhur olan biznesmen bu ləqəbini 2014-cü ilə qədər mövcud olan məşhur “Pokrovka” tərəvəz bazasına görə əldə edib.

“Pokrovka” bazası 2013-cü ildə azərbaycanlı Orxan Zeynalovun Rusiya vətəndaşı Yeqor Şerbakovu öldürməsindən sonra bağlanıb.Axar.az

Paylaş
Xəbər lentİ