"Güldür Güldür" Şousu Berlində faciə ilə bitdi - 1 ölü, çox sayda yaralı var

Oxunma sayı: 361
16-02-2020, 03:11

"Güldür Güldür" Şousu Berlində faciə ilə bitdi - 1 ölü, çox sayda yaralı var
Türkiyənin məşhur "Güldür Güldür" şousunun Almaniya turu faciə ilə bitib.

Arasdırma.info xəbər verir ki, Berlində şounun keçirildiyi salonun qarşısında silahlı insident olub. Saat 23:00 radələrində salondan çölə çıxan qrupa 15 nəfərlik qara geyimli qrup hücum edib.

Hadisə zamanı 1 nəfərin öldüyü, çox sayda insanın xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis gəlsə də, insident iştirakçıları qaça biliblər. Hücumun səbəbi və iki qrupun bir-birlərinə düşmən olub-olmamaları barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ağır xəsarət alanların müalicəsinin davam etdirilir.Publika.az

Paylaş
Xəbər lentİ