Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı

Oxunma sayı: 401
21-02-2020, 14:38

Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı
Rusiya hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək vəzifəli ermənilər öz postlarından azad ediliblər.

Arasd;rma.info xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet ermənilərə qarşı belə “təmizliyin” yaxın zamanlarda daha genişlənəcəyini bildirib:

“Bu cür qovulmalar Ermənistanda cinayət işi açılması ucbatından Rusiyada olan keçmiş hakimiyyət nümayəndələri arasında ciddi narahatlıq yaradıb. Məsələ odur ki, onlar özlərinin Ermənistana təhvil verilməsi məsələsinin yenidən gündəmə gələcəyindən narahatdırlar. Bu halda bir sıra Rusiya məmurlarının mövqeyinin zəifləməsi ilə yanaşı, onlarla qarşılıqlı əlaqəsi olanların da mövqeyi zəfiləyə bilər”.Axar.az

Paylaş
Xəbər lentİ