Xəstəxanalardan 11 min maska oğurlandı

Oxunma sayı: 433
6-03-2020, 20:09

Xəstəxanalardan 11 min maska oğurlandı
Koronavirus yayıldıqdan sonra Fransa xəstəxanalarından 11 min ədəd tibbi maska və 1400-ə yaxın tibbi spirt flakonu oğurlanıb.

Arasdırma.info xəbər verir ki, bu barədə “Fiqaro” nəşri məlumat yayıb.

Belə ki, yalnız “Bicat” xəstəxanasından 2 gün ərzində 2 min cərrahi maskanın yoxa çıxdığı bildirilib.

Marselin “Hopital de La Konsepşn” hospitalında da eyni hal yaşanıb. Burada da 2 min tibbi maskanın oğurlandığı deyilib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bütün tibbi maskaların səhiyyə işçilərinə və sözügedən xəstəlikdən əziyyət çəkənlərə paylanılacağını söyləmişdi.Axar.az

Paylaş
Xəbər lentİ