Mübariz Mənsimov saxlanıldı-OFİSİNDƏ AXTARIŞ APARILIR – YENİLƏNİB

Oxunma sayı: 390
15-03-2020, 15:33

Mübariz Mənsimov saxlanıldı-OFİSİNDƏ AXTARIŞ APARILIR – YENİLƏNİB
Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
Arasdırma.info xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov saxlanılıb və onun yaşadığı evlərdə axtarış aparılır.

***

İş adamının saxlanılması xəbəri də təsdiqlənib.

Bu haqda M.Mənsimovun köməkçisi Fidan Quliyeva APA-ya məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Paylaş
Xəbər lentİ