Arasdirma.info

Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi

21-03-2020, 13:43

Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstanın etnik, dini və mədəni müxtəlifliyini ölkənin əsas nailiyyəti adlandırıb.

K. Tsixelaşvili bu müxtəlifliyin qorunub saxlanılması və möhkəmləndirilməsinin önəmini vurğulayıb: “Bu gün koronavirusun bütün dünyaya yayılması təhlükəsi olduğu bir çətin dövrdə sizin hamınıza möhkəm cansağlığı arzu edirəm. İnanırıq ki, biz bu problemin öhdəsindən birgə səylər və həmrəyliklə gələcəyik. Qoy, bu gün vətənimizə və hamımıza sülh, əmin-amanlıq və sevinc gətirsin”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN