Daha bir ölkə məhbusları azadlığa buraxır - Koronavirusa görə

Oxunma sayı: 372
24-03-2020, 04:34

Daha bir ölkə məhbusları azadlığa buraxır - Koronavirusa görə
ABŞ-ın yerli hakimiyyət orqanları Amerika həbsxanalarında koronavirusun yayılmasının qarşısını almaq üçün minlərlə məhbusu azad edir.

Arasdırma.info xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, Kaliforniya, Nyu-York, Texas və ən azı digır 10 ştatdakı həbsxanalar koronavirusun yayılması təhlükəsi səbəbindən kiçik qanun pozuntularına yol vermiş məhkumları, həmçinin yaşlı və ya xəstə məhbusları azad edirlər.

“Bu o demək deyil ki, biz qapıları açırıq və məhbusların çıxıb getməsinə imkan veririk. Biz az ağır cinayətlər törətmiş və həbsxanada sağlamlığına yükək təhlükə yaranmış cinayətkarları buraxırıq”, – deyə Ohayo ştatının Kayaxoqa dairəsinin inzibati məhkəməsinin hakimi Brendan Şihan bildirib.Teleqraf.com

Paylaş
Xəbər lentİ