Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Oxunma sayı: 365
30-03-2020, 11:12

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda koronavirusa daha bir yoluxma halı aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə koronavirusa yoluxanların sayı 98-ə çatıb, onların 18-i sağalıb.

Hazırda karantində 4 978, stasionar nəzarətdə isə 266 nəfər saxlanılır.

Gürcüstanda aktiv COVID-19 infeksiyası daşıyıcılarının sayı 80 nəfər təşkil edir.

Paylaş
Xəbər lentİ