ABŞ koronavirusdan ölüm sayına görə də birinci oldu

Oxunma sayı: 371
11-04-2020, 20:53

ABŞ koronavirusdan ölüm sayına görə də birinci oldu
ABŞ-da koronavirusdan ölənlərin sayı 19600 nəfəri ötüb.

APA "guardian"a istinadən xəbər verir ki, bununla ABŞ koronavirusdan ölüm sayında İtaliyanı keçib.

Belə ki, son sutkada ABŞ-da koronavirusdan ölüm sayı 2000-dən çox olub.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxma sayı yarım milyonu keçib.

Xatırladaq ki, bu gün açıqlanan məlumatda İtaliyada koronavirusa yoluxanların ümumi sayının 152 271, virusdan ölənlərin sayının isə 19 468 nəfər olduğu bildirilmişdi.

Paylaş
Xəbər lentİ