Özünə 4,9 milyona ev aldı - Fotolar

Oxunma sayı: 395
16-04-2020, 19:09

Özünə 4,9 milyona ev aldı - Fotolar
Dünyaca məşhur müğənni Selena Qomez 2017-ci ildə vəfat edən musiqiçi Tom Pettinin Enkinodakı malikanəsini satın alıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi bu evə 4,9 milyon dollar ödəyib.

10 otaqlı malikanə Petti və həyat yoldaşı Ceyn Benyo tərəfindən 1989-cu ildə inşa edilib. Kaliforniya tərzindəki evdə 6 yataq otağı, 10 hamam var.



Eyni zamanda studiya, idman zalı və masaj otağının da olduğu malikanədə daha çox açıq rənglərə üstünlük verilib. Qomezin satin aldığı bu mülk küçədəkilər tərəfindən görünmür, buna səbəb isə ətrafın bitkilərlə əhatələnməsidir.

Qeyd edək ki, Pettinin evdə gizli keçidlər inşa etdirdiyi də bildirilir.
Özünə 4,9 milyona ev aldı - Fotolar
Özünə 4,9 milyona ev aldı - Fotolar
Özünə 4,9 milyona ev aldı - Fotolar
Özünə 4,9 milyona ev aldı - Fotolar

Paylaş
Xəbər lentİ