ABŞ növbəti dəfə Türkiyəni sanksiyalar ilə təhdid etdi

Oxunma sayı: 340
20-04-2020, 22:31

ABŞ növbəti dəfə Türkiyəni sanksiyalar ilə təhdid etdi
Aprelin 21-i ABŞ-ın Dövlət departamenti Türkiyəni Rusiyadan "S-400" zenit-raket sistemləri almasına görə növbəti dəfə sanksiyalarla təhdid edib.

“TASS” xəbər verir ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı yekun qərara gəlmədiyini bildirib.

Dövlət departamentinin bəyanatında bunun “NATO” çərçivəsində münasibətlərə ciddi problem yaratdığı bildirilir.

"Ümid edirik ki,Türkiyə Prezidenti Rəcəp Tayip Ərdoğanın və digər yüksəkvəzifəli şəxslər ABŞ-ın mövqeyini anlayışla qarşılayacaq", - deyə qurumun mətbuat xidmətinin rəhbəri Morqan Ortequs bildirib.

Paylaş
Xəbər lentİ