Bu qız 6 ay idi itmişdi: kəsilmiş başı tapıldı - Şok təfərrüt/Foto

Oxunma sayı: 400
18-05-2020, 00:28

Bu qız 6 ay idi itmişdi: kəsilmiş başı tapıldı - Şok təfərrüt/Foto
İsveçdə qandonduran hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, bu ölkədə yaşayan mühacirlərdən biri 17 yaşlı qızın başını kəsib, bədənini isə hissələrə parçalayıb.

Xəbərə görə, Vilma Anderson 6 ay əvvəl itkin düşdüyü üçün İsveç polisi tərəfindən barəsində axtarış elan olunub.

Axtarışlardan sonra Vilma Andersonun başı alüminium folqaya bükülmüş halda miqrantın mənzilindəki çamadanın içərisində tapılıb. Kəsik başı qızın Vilmanın sevgilisi aşkar edib. Gənc qızın bədəninin digər hissələrinin isə hələ də harada olduğu bilinmir.



Mühacirin qonşuları ötən il noyarın 14-də axşam saatlarında mühacirin evdən fəryad səsləri eşitdiklərini bildirdikdən sonra polis Vilma Andersonun həmin axşam qətlə yetirildiyi versiyasını araşdırıb.

Onun evindəki bıçaqlarda Vilmanin DNK-sına rast gəlinib. Hadisə ilə bağlı polisin suallarına "Heç bir şərhim yoxdur" deyən oğlanın bir müddət əvvəl gənc qıza "Səni parçalayacağam" məzmunlu mesaj göndərdiyi müəyyən edilib.

Bu qız 6 ay idi itmişdi: kəsilmiş başı tapıldı - Şok təfərrüt/Foto
Bu qız 6 ay idi itmişdi: kəsilmiş başı tapıldı - Şok təfərrüt/Foto

Paylaş
Xəbər lentİ