Korona sünidir: bu, iki ölkənin oyunudur - Lukaşenko

Oxunma sayı: 453
29-06-2020, 15:30

Korona sünidir: bu, iki ölkənin oyunudur - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko COVİD-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

Arasdırma.info Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib.

“Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, - Lukaşenko bildirib.

Belarus Prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiyasi və iqtisadi rəqabətə də diqqət çəkib:

“Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”.

Paylaş
Xəbər lentİ