Tanınmış sahibkar evində ölü tapıldı: Başı kəsilmiş halda...

Oxunma sayı: 335
16-07-2020, 11:17

Tanınmış sahibkar evində ölü tapıldı: Başı kəsilmiş halda...
ABŞ-da tanınmış sahibkar Nyu-Yorkdakı mənzilində ölü tapılıb.

Teleqraf.com ABŞ mediasına istinadla bildirir ki, 33 yaşlı Fahim Salehin başı və bədən hissələri elektrik mişarla kəsilmiş halda tapılıb. 33 yaşlı texnologiya mütəxəssisinin cəsədini onun bacısı tapıb.

Qardaşından xəbər ala bilməyən bacısı onun evinə gedib və belə bir mənzərə ilə qarşılaşıb. Polis isə ehtimal edir ki, cinayəti professional qatil törədib.

Qeyd olunur ki, 33 yaşlı Saleh Nepal və Banqladeşdə taksi, kuryer və yemək xidməti göstərən Pathao, habelə Nigeriyada Uber-in bənzəri olan motosiklet taksi sistemini tətbiq edən Gokada platformasının qurucusudur.

Paylaş
Xəbər lentİ