Rusiya 6 şəhərdən beynəlxalq uçuşlara start verir

Oxunma sayı: 377
21-07-2020, 11:26

Rusiya 6 şəhərdən beynəlxalq uçuşlara start verir
Rusiya 6 şəhərdən beynəlxalq uçuşlara start verir.

Arasdırma.info xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Qəzetin Rusiya Federal Aviasiya Agentliyinin prezidenti Aleksandr Neradkonun hökumətə göndərdiyi layihəyə istinadən verdiyi xəbərə görə, ilk mərhələdə Moskva, Sankt-Peterburq, Rostov-na-Donu, Yekaterinburq, Novosibirsk və Vladivostok şəhərlərindən uçuşların başlanması planlaşdırılır. Şəhərlər makrobölgə başına bir böyük hava limanı düşməsi məqsədilə seçilib.

Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Qorunması Qurumu (Rospotrebnadzor) ikinci mərhələdə epidemioloji vəziyyəti izləyəcək. Qurum bu istiqamətdə hər iki həftədə bir dəfə Aviasiya Qurumu və Xarici İşlər Nazirliyinə hər hansı beynəlxalq hava limanından uçuş təşkil edə biləcək ölkələrin siyahısını göndərəcək.//Publika.az

Paylaş
Xəbər lentİ