“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ

Oxunma sayı: 358
27-07-2020, 16:54

“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
“Sizə dürüst olacam. Gələcəkdə əvvəlki normal həyata qayıdış əsla olmayacaq”.
Arasdırma.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adhanom Qebreyesus deyib.

Dünyanın balansını alt-üst edən koronavirus pandemiyası haqqında qorxunc proqnozları dilə gətirən baş katib bildirib ki, əvvəlki normal həyat bir daha mümkün olmayacaq.

ÜST-dən verilən başqa bir açıqlamada isə COVID-19 xəstəliyinə qalib gəlmiş insanların ikinci dəfə infeksiyaya yoluxub-yoluxmamasının tam cavabının olmadığı bildirilib.//publika

Paylaş
Xəbər lentİ