Arasdirma.info

Kadırovun gəlirləri 140 milyona yaxın artdı

8-08-2020, 02:05

Kadırovun gəlirləri 140 milyona yaxın artdı
Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun gəlirləri təxminən 20 dəfə artıb.“RİA Novosti” bildirir ki, bu barədə respublika başçısının saytında yerləşdirilmiş bəyannamədə deyilir.

Belə ki, 2019-cu il yanvarın 1-dən dekabrın 31-dək o, 147 997 849,29 rubl qazanıb. Bir il əvvəl onun gəliri 7,58 milyon rubl təşkil edirdi.

Kadırovun 28 361 kvadratmetrlik torpaq sahəsi var. Ötən ildə olduğu kimi, mülkiyyətində 3668 kvadratmetr sahəsi olan torpaq sahəsi və 2344,6 kvadratmetrlik yaşayış evi var.

Respublika başçısının həyat yoldaşının da gəliri artıb. 2019-cu ildə o, 2 456 321,31 rubl qazanıb. Bir il əvvəl bu rəqəm 60 min rubl idi. Həyat yoldaşının daşınmaz əmlak siyahısı dəyişməyib, onun mülkiyyətində əvvəlki kimi 209,8 kvadratmetrlik mənzil var.

Kadırovların daşınmaz əmlakı Rusiyada yerləşir.

Bəyannaməyə əsasən, respublika başçısı, onun həyat yoldaşı və yetkinlik yaşına çatmamış 12 uşağın istifadəsində 300 kvadratmetr sahəsi olan ev var.//Azpolitika

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN