Arasdirma.info

Amerikalı milyarder dünyasını dəyişdi

13-08-2020, 06:11

Amerikalı milyarder dünyasını dəyişdi
Amerikalı biznesmen, “ViacomCBS” media korporasiyasının fəxri sədri Samner Redstoun 97 yaşında vəfat edib.

Arasdırma.info bildirir ki, bu barədə “CNBC” xəbər verib.

Dünyanın ən qocaman milyarderlərindən birinin ölümü barədə onun ailəsi tərəfindən yaradılmış “National Amusements” şirkəti və yaxınları tərəfindən bildirilib.

Qeyd edək ki, “National Amusements” şirkəti 1936-cı ildə milyarderin atası – Maykl Redstoun tərəfindən təsis edilib. Daha sonra sədr vəzifəsini onun oğlu Samner tutub. 2012-ci ildə “CNBC”yə verdiyi müsahibədə o, “Viacom”un alınmasını biznesdə əsas nailiyyət adlandırıb.

Redstoun 1987-2016-cı illərdə “ViacomCBS”in sədri, 1996-2005-ci illərdə isə şirkətin baş direktoru olub. 2019-cu ilin noyabr ayında onun var-dövləti 3,9 milyard dollar məbləğində qiymətləndirilirdi.//Konkret

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN