Məşhur aktyor öldü

Oxunma sayı: 345
4-11-2020, 16:19

Məşhur aktyor öldü
Fransız aktyor Klod Jiro dünyasını dəyişib.
Arasdırma.info xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun hansı səbəbdən vəfat etdiyi hələki açıqlanmır.

Qeyd edək ki, 84 yaşlı Klod Jiro 1936-cı ildə anadan olub. Yaradıcılığı boyunca bir çox ekran işlərində rol alaraq maraqlı obrazlar yaradıb. O, əsasən 1960-cı illərdə ekranlara gələn “Anjelika” filmi ilə məşhurlaşıb. Aktyor ekran əsərində Anjelikanın həyat yoldaşlarından biri, markiz Filipp de Plessi-Bellye rolunu ifa edib.

Bundan başqa, Klod Jiro "Rahib Qaçdı" adlı filmdə və “Kralın lənəti” kimi qısametrajlı ekran işində də çəkilib.

Paylaş
Xəbər lentİ