Rusiya Semyon Peqova qarşı cinayət işi açdı

Oxunma sayı: 326
9-11-2020, 21:50

Rusiya Semyon Peqova qarşı cinayət işi açdı

Erməni əsilli rus Aram Qabrelyanovun layihələrinin əməkdaşı olan rus jurnalist və blogger Semyon Pegov, ona qarşı açılan cinayət işi üzündən Rusiyaya qayıda bilmir.
Arasdırma.info xəbər verir ki,bu barədə Semyon Pegov özü Telegram kanalında məlumat verib.
Semyon Peqova görə, Rusiya İstintaq Komitəsi ona qarşı xüsusilə böyük miqyasda mənimsəmə ittihamı irəli sürüb. Söhbət 660 milyon rubldan gedir.

Xatırladaq ki, Azərbaycan ordusunun Dağlıq Qarabağdakı əks-hücum əməliyyatı başladıqdan dərhal sonra WarGonzo layihəsinin müəllifi Semyon Pegov ortaya çıxdı. Çox qısa müddətdə Pegov Qarabağ separatçılarının ağzıgöyçəyi rolunu oynamağa başladı.

Azərbaycanda Semyon Peqova qarşı 214-2 (terrorizmə açıq çağırışlar), 281.1 (dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlandı.

Paylaş
Xəbər lentİ