Ərdoğan Qətər əmiri ilə görüşdü : 10 sənəd imzalandı - Foto

Oxunma sayı: 341
26-11-2020, 22:15

Ərdoğan Qətər əmiri ilə görüşdü : 10 sənəd imzalandı - Foto
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında görüş baş tutub.

Arasdırma.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qətər Ali Strateji Komitəsinin 6-cı toplantısı üçün Türkiyədə səfərdə olan Qərət əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə birlikdə Millət Kitabxanasını ziyarət edib”, - məlumatda qeyd olunub.

***

Qətər ilə Türkiyə Respublikası arasında Yüksək Strateji Komitəsinin altıncı iclası keçirilib.

Sonra Türkiyə ilə Qətər arasında ayrı-ayrı sahələrə dair əməkdaşlığı əhatə edən on sənəd imzalanıb.

Razılaşmaya əsasən Qətər Türkiyə iqtisadiyyatına 300 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.//Axar.az

Paylaş
Xəbər lentİ