Braziliyada təyyarə qəzası: klub prezidenti və 4 futbolçu öldü

Oxunma sayı: 23
25-01-2021, 05:39

Braziliyada təyyarə qəzası: klub prezidenti və 4 futbolçu öldü
Braziliyanın Portu-Nasional (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib. Hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunda mübarizə aparan “Palmas” klubunun prezidenti və dörd futbolçusu da olub.

Belə ki, Luzimanqese limanından havaya qalxan şəxsi təyyarə bir neçə dəqiqə sonra uçuş zolağının yaxınlığındakı əraziyə düşərək partlayıb. Nəticədə klub prezidenti Lukas Meyra və dörd futbolçu – Lukas Praksedes, Gilyerme Noe, Ranule, Markus Molinari həlak olub.

Qeyd edək ki, komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi. Futbolçular və klub başqanı da məhz bu oyun üçün Qoyaniyaya uçurdu.//Azpolitika

Paylaş
Xəbər lentİ