İrəvanda şok: Paşinyan “Böyük Turan” üçün gəlib

Oxunma sayı: 624
11-04-2019, 08:39

İrəvanda şok: Paşinyan “Böyük Turan” üçün gəlib
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin təhlükəsizlik orqanlarına “yalan xəbərlər”in yayılmasının qarşısını almağı tapşırıb. Bundan sonra bir satirik veb saytın operatoru həbs olunub və bu, söz azadlığının müdafiəçiləri tərəfindən tənqid edilib.

Arasdırma.info Axar.aza istinadən xəbər verir ki, Paşinyanın yeni hökumətinə qarşı uzun müddətdir göstərdiyi həssaslıq avtomobil üçün nəzərdə tutulmuş təbii qazın qiymətinin artması ilə əlaqədar olaraq səngiyib.

Aprelin 4-də keçirilən hökumət iclasında Paşinyan qiymət artımının benzin stansiyalarının sahibləri tərəfindən “təxribat” ola biləcəyini ehtimal edirdi, lakin sonradan diqqətini Ermənistanda qazın satışına dair son dəyişikliklərlə, qiymət artımı ilə bağlı xəbərlərə çevirdi.

“Ermənistanda söz və məlumat azadlığı tam təmin edilir. Lakin hansısa cinayətkar dairələr medianın ictimai rəyini manipulyasiya etmək üçün milyonlar xərcləyirsə, bu artıq milli təhlükəsizlik məsələsidir”, - Paşinyan bildirib.

O, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanı nəzərdə tutaraq bunları deyib:

“Ümid edirəm ki, sənin tabeliyindəkilər bu mövzuda konkret nəticələr əldə edə biləcək. Sosial mediada inqilab bayrağı altında hətta şiddət çağırışları ilə fəaliyyət göstərən saxta hesablar var. Belə manipulyasiyalara qarşı çox güclü əks-zərbələr təşkil edilməlidir. Hesab edirəm ki, Ermənistan Respublikasının qanunvericiliyi bu imkanı yaradır”.

Vanetsyanın buna reaksiyası gecikməyib. Ertəsi gün o, bir antipaşinyan Feysbuk səhifəsinin müəllifinin həbs olunduğunu açıqlayıb. O, səhifənin “irqi, dini və etnik nifrətin xalq arasında cücərməsi” üçün nəzərdə tutulduğunu iddia edib.Sözügedən Feysbuk səhifəsi isə belə bir status paylaşıb:

“Müqəddəs Nikol Paşinyan, köhnə rejimdən milyardlarla dollar alan saxta ordunun aradan qaldırılmasını və bu günün uğursuzluqlarını manipulyasiya etmək və onları qələbə kimi təqdim etməyi əmr etdi.

Bu hökumət Ermənistanı məhv etmək və Böyük Turanın yolunu açmaq üçün gəlib”.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan bildirib ki, saxta xəbərlər həqiqətən də Ermənistanda ciddi problemdir.

Ermənistanın İnformasiya Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan isə “Kavkazski Uzel” xəbər saytına müsahibəsində bunları deyib:

“Baş nazirin tapşırığı əsasında aparılan həbslər söz azadlığına təhlükə yaradır. Hər hansı tənzimləmə qanunla müəyyənləşdirilməlidir. Bundan əlavə, Milli Təhlükəsizlik Xidmətinin səlahiyyətlərinə internetə nəzarət, yalan xəbərlərin yayılması üçün cərimələrin tətbiqi daxil deyil”.

Xatırlamaq yerinə düşər ki, sentyabr ayında polislər səhvən Vanetsyan və Paşinyanın telefon danışıqlarının üzə çıxarması iddiası ilə bir xəbər saytının ofisinə basqın etmişdi.

Bundan bir neçə ay sonra Paşinyan Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən bunları demişdi:

“Ermənistanın azad mətbuat mühiti saxta xəbərlərin yayılmasına şərait yaradır. Bu həm ölkədə, həm də dünyadakı imicimizə təsir göstərə bilər. Açığı, bu vəziyyətdə nə edəcəyimi bilmirəm”.

Paylaş
Xəbər lentİ