Paşinyan kəşfiyyatçı generalı vəzifədən qovdu

Oxunma sayı: 301
6-04-2021, 16:03

Paşinyan kəşfiyyatçı generalı vəzifədən qovdu
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri general-mayor Arşak Karapetyan baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsindən azad edilib.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Arşak Karapetyan 2016-cı ilin aprelində baş vermiş döyüş əməliyyatlarından sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. 2018-ci ilin 17 dekabrında Nikol Paşinyan onu özünə müşavir təyin edib. Erməni mətbuatı onun 1 mart 2008-ci il hadisələri ilə bağlı ifadə verməyə razılaşdığı üçün vəzifəyə gətirildiyini yazmışdı.//Cahantv.az

Paylaş
Xəbər lentİ