Orduya "HAZIR OLUN" əmri verdi...

Oxunma sayı: 664
7-03-2017, 11:09

Orduya "HAZIR OLUN" əmri verdi...



Şimali Koreya istənilən an müharibəyə başlaya bilər

Bu günlərdə ABŞ və Yaponiya hərbi bazalarına zərbə endirmək üzrə raket sınaqlarına rəhbərlik edən Şimali Koreya lideri Kim Çen In milli ordunun strateji qüvvələrinə istənilən anda hərbi əməliyyatlara hazır olmaq əmri verib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, raket təlimlərində "Xvason" strateji qüvvələri iştirak edib.

Şimali Koreya Yaponiyanı vurdu
Agentliyin məlumatına görə, sınaqlarda iştirak edən Şimali Koreya lideri starateji qüvvələrə istənilən anda müharibə təhlükəsini nəzərə alaraq hazır vəziyyətdə olmaq, yüksək döyüş hazırlığı, mərkəzdən əmr gələn kimi lazımi mövqe tutmaq, düşmənə zərbə endirmək göstərişi verib.

Mart ayının 6-da Şimali Koreya 4 raket havaya qaldırıb. Onlardan üçünün Yaponiya ərazisinə düşdüyü ehtimal edilir. Yaponiyanın müdafiə nazirinin sözlərinə görə, raketlər Oqa yarımadasının 300-350 km qərbində dənizə düşüb. Maddi ziyan dəyməyib.

Paylaş
Xəbər lentİ