Masaj üçün qadının evinə gedən kişinin başına iş gəldi

Oxunma sayı: 26
24-09-2021, 07:37

Masaj üçün qadının evinə gedən kişinin başına iş gəldi
Ankarada masaj elətdirmək üçün qadının evinə gedən 48 yaşlı şəxs gözlənilməz hadisə ilə üzləşib.


Özünü Aysel kimi təqdim edən qadın 48 yaşlı kişini qarşılayaraq, masaj otağına aparıb.

Arasdırma.info xəbər verir ki, bir neçə dəqiqə sonra 4 kişi otağa daxil olaraq qapını açarlayıb. Ardınca onlar 48 yaşlı şəxsə hədə qorxu gəlib. Onlar şiddət sərgiləyərək, kişinin üzərindəki pulları və dəyərli əşyaları ələ keçirib.

Ardınca isə sərbəst buraxılıb. Türkiyəlinin şikayəti əsasında polislər əraziyə gəlib. Şübhəlilər saxlanılıb. Ciddi dəlil olmadığına görə, hələlik 1 şübhəli nəzarətə götürülüb.(kanal.az)

Paylaş
Xəbər lentİ