ŞOK: 83 yaşlı deputatımız Azərbaycanı tərk edib, ABŞ-da YAŞAYIRMIŞ - AÇIQLANDI

Oxunma sayı: 468
11-12-2019, 12:57

ŞOK: 83 yaşlı deputatımız Azərbaycanı tərk edib, ABŞ-da YAŞAYIRMIŞ - AÇIQLANDI
"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir".

Arasdırma.info xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova, xanım sənətçinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.



Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

Qeyd edək ki, dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. Xalq artisti 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.Publika.az

Paylaş
Xəbər lentİ