Ramiz Mehdiyev şöbə müdirini işdən çıxartdı

Oxunma sayı: 364
16-03-2020, 13:57

Ramiz Mehdiyev şöbə müdirini işdən çıxartdı
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr təyinatı olub.

Arasd;rma/info"Report"a istinadən xəbər verir ki, bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rzaqulu Hacıyev akademiyanın Kadrlar və hüquqi təminat şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Onun yerinə isə həmin şöbədə mütəxəssis vəzifəsində çalışan Elmira Əliyeva təyin olunub.

Faktı "Report"a AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov təsdiq edib.

Paylaş
Xəbər lentİ