Bakıda karantin rejimi ilə bağlı bəzi qaydalar yumşaldılıb - postlar... ÖZƏL

Oxunma sayı: 369
11-05-2020, 22:08

Bakıda karantin rejimi ilə bağlı bəzi qaydalar yumşaldılıb - postlar... ÖZƏL
Xüsusi karantin rejimi ilə bağlı Bakıda bəzi qaydalar yumşaldılıb. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, sabahdan etibarən paytaxt Bakı şəhərində karantin postlarının sayı minimuma endirilir. Yol patrul xidməti əməkdaşları postlardan çəkiləcək və adi qaydada xidmətlərini davam etdirəcəklər. Onların yerində isə Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq. Bundan əlavə isə daha çox nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaq. Onlar küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarəti həyata keçirəcəklər.
Qeyd edək ki, Bakı şəhəri ərazisində 18 karantin postu qalacaq. Onların yalnız bir neçəsində YPX əməkdaşları olacaq.

Paylaş
Xəbər lentİ