Azərbaycanda REKORD YOLUXMA faktı: hər kəsin həyatı TƏHLÜKƏDƏDİR...

Oxunma sayı: 381
3-06-2020, 20:27

Azərbaycanda REKORD YOLUXMA faktı: hər kəsin həyatı TƏHLÜKƏDƏDİR...
Azərbaycanda koronavirusa rekord yoluxma həddi qeydə alındı: bir gündə 273 nəfər. Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 2-nə olan son statistikası ölkədə vəziyyətin təşviş yaradacaq səviyyədə olduğunu təsdiqləyir.

Xüsusi karantin rejiminin tətbiq edildiyi günlərdə iki rəqəmli olan yoluxma, yumşalma ilə üç rəqəmli səviyyəsinə qalxdı. Son statistikaya görə, bir gün ərzində 3 nəfər koronavirusdan vəfat edib, beləliklə, indiyə qədər vəfat edənlərin sayı 71 nəfərə çatıb. Yoluxma və sağalma statistikası arasındakı fərq də əvvəlki dövrlə müqayisədə mənfiyə doğru gedir.

Belə mənzərənin yaranmasına səbəb karantin rejiminin yumşaldılmasıdır. Bütün dünyada həyata keçirilən normallaşma prosesi özü ilə yoluxma və ölüm hallarının artmasını da gətirir. İnsanların normal həyata dönməsi və virusa yoluxmaması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyələr hazırlayıb. Bu tövsiyələrdə iki məqam həyati əhəmiyyət daşıyır: tibbi maskadan istifadə və sosial məsafənin qorunması.

Azərbaycanda bu tövsiyələrin əməl edilməsi istiqamətində hökumət ciddi addımlar atır. Tibbi masakalardan istifadə edilməməsinə görə cərimələrin tətbiqi və sosial məsafənin saxlanılması tələbinə riayət olunmasına nəzarətin edilməsi yumşalma dövründə atıla biləcək ən vacib addımdır. Dövlət bunu həyata keçirir, lakin hər şey vətəndaşlardan asılıdır.

Sosial məsafənin saxlanılması; şəxsi gigiyenaya diqqətin edilməsi; tibbi maskalardan istifadə;

Paylaş
Xəbər lentİ