Baş redaktor ailəsilə birgə virusa koronavirusa yoluxdu

Oxunma sayı: 445
22-06-2020, 12:33

Baş redaktor ailəsilə birgə virusa koronavirusa yoluxdu

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də koronavirusa yoluxduğunu bəyan edib.
Arasdırma.info modern.az-a istinadən xəbər verir ki, jurnalist həm də ailə üzvlərinin COVID-19-a yoluxduğunu deyib.

“Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında “buzlu şüşə” aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir.
Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun!”,-deyə İlham Quliyev vurğulayıb.

Paylaş
Xəbər lentİ