Bu şəhər və rayonlarda KİV-lər tam tərkibdə işləyəcək

Oxunma sayı: 523
26-06-2020, 04:44

Bu şəhər və rayonlarda KİV-lər tam tərkibdə işləyəcək
Xüsusi sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda kütləvi informasiya vasitələrinin (KİV) tam tərkibdə işləməsi nəzərdə tutulub.



Arasdırma.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.



Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən bəzi iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Paylaş
Xəbər lentİ