Ramil Usubov iki rəisi işdən çıxardı

Oxunma sayı: 625
16-12-2018, 23:47

Ramil Usubov iki rəisi işdən çıxardı
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib.

Arasdırma.info Report-a istinadla bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Ramil Usubovun digər əmri ilə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi bölməsinin rəisi Bayram Mazan oğlu Zeynalov tutduğu vəzifədən azad olunub.

Xəbəri Sumqayıt şəhər Polis İdarəsindən Unikal.org-a təsdiq ediblər.

Paylaş
Xəbər lentİ