Prezidentin Şuşadan verdiyi mesajlar: Status yoxdur, Qarabağın gələcəyi...

Oxunma sayı: 326
15-01-2021, 14:47

Prezidentin Şuşadan verdiyi mesajlar: Status yoxdur, Qarabağın gələcəyi...
Prezident İlham Əliyevin Şuşaya səfəri Moskva görüşü fonunda diqqət çəkir.

Arasdırma.info xəbər verir ki, bu kontekstdə dövlət başçısının Qarabağın incisi olan şəhərdə verdiyi mesajlar təsadüfi deyildi.

- “Erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Dağlıq Qarabağda öz səfirliyini açsa. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər”.

- “Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”.

1. Qarabağın statusu yoxdur, erməni tərəfinin statusla bağlı bəzi iddiaları yalnız iddiadan başqa bir şey deyil;

2. Qondarma rejim artıq yoxdur və Qarabağın bütün ərazisi Azərbaycan torpağıdır;

“Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib”.

1. Azərbaycan qalib və diktə edən tərəfdir;

2. Kənar qüvvələr (bəlli ölkələr) bu qələbənin qarşılığında Azərbaycandan nəsə istəyə bilməz;

“...Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq”.

Ermənistanın istənilən cəhdinə daha sərt cavab veriləcək.

Prezident xüsusi təyinatlıların adını da təsadüfən çəkmədi. Şuşanı ağlasığımaz əməliyyatla azad edən bu qüvvələr erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın miqyasını göstərir.

Və Ali Baş Komandan Cıdır düzündə olarkən son mesajı verdi: “Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.

Bu səfər və Şuşada verilən mesajlar Qarabağın Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla gələcəyini növbəti dəfə müəyyən etdi: Qarabağ Azərbaycandır.

Paylaş
Xəbər lentİ