“Görün bu adam nə qədər alçaqdır ki, bu cür yollara əl atır” — AzTV-dən çıxarılan əməkdar artist danışdı

Oxunma sayı: 638
18-07-2019, 21:24

“Görün bu adam nə qədər alçaqdır ki, bu cür yollara əl atır” — AzTV-dən çıxarılan əməkdar artist danışdı
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədovun işdən çıxardığı daha bir tanınmış şəxs Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

İşindən çıxarılan Azərbaycanın əməkdar artisti, tanınmış diktor-telejurnalist Gülşən Əkbərova Rövşən Məmmədovdan ölkə başçısına və Azərbaycanın Birinci xanımına şikayət edib. Gülşən Əkbərova açıqlamasında müraciətinin mahiyyətini açıqlayıb:Related image
“Görün bu adam nə qədər alçaqdır ki, bu cür yollara əl atır” — AzTV-dən çıxarılan əməkdar artist danışdı
“Cənab Prezident İlham Əliyevə və hörmətli Mehriban xanım Əliyevaya müraciət etmişəm. Müraciətimdə qeyd etmişəm ki, Rövşən Məmmədov məni haqsız yerə və çox hörmətsiz şəkildə işdən çıxarıb. Rövşən Məmmədovun imzası ilə mənə göndərilən məktubda qeyd edilir ki, guya yaşım çox olduğu üçün işdən çıxarılmışam. Halbuki, məndən qat-qat çox yaşı olanlar AzTV-də çalışırlar. Onların arasında Rövşən Məmmədovun qohumları və yaxınları da var. Necə olur ki, mənimlə eyni yaşda olan Rövşən Məmmədovun xanımının əmisi Xəlil Məmmədovu işə götürür, amma məni yaşla bağlı vəzifəmdən azad edir? Əgər yaş məhdudiyyəti şamil olunursa, o zaman AzTV-də tək mənə deyil, hamıya şamil olunmalıdır.
“Görün bu adam nə qədər alçaqdır ki, bu cür yollara əl atır” — AzTV-dən çıxarılan əməkdar artist danışdı
Ümumiyyətlə, Rövşən Məmmədovun bu cür qeyri-peşəkar davranışları mənə stres yaşadıb. Mən 17 yaşımdan televiziyadayam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əla qiymətlərlə bitirmişəm. Öz tərbiyə və mədəniyyətimi qoruyub saxlamışam. Bütün həyatım boyu abır-həyayla, təmiz işləmişəm, yaxşı tələbələr yetişdirmişəm, rüşvət, paket almamışam, əlavə gəlirim olmayıb.

Dünənə qədər Rövşən Məmmədov məni görəndə ikiəlli gəlib görüşürdü, mənə öz hörmətini bildirirdi. Vəzifəyə gedən kimi birdən-birə dəyişdi. Görünür, vəzifə, stol hamıya yaxşı təsir göstərmir. Eybi yox, cavandır, illər onu da cilalayacaq. Mən 17 yaşımda necə televiziyaya gəlmişəmsə, elə həmin adamam. Yəni, bu illər məni dəyişməyib. Amma Rövşən Məmmədovun birdən-birə bu cür ədəbsiz və hörmətsiz şəkildə məni işdən çıxarması çox pis təsir edib. Ona görə də mən onun hüzuruna getməyi özümə sığışdırmadım. Bunu özümə lizumsuz bildim. Çünki Rövşən mənim qızımdan 2 yaş böyükdür, onun anası yerindəyəm”.
“Görün bu adam nə qədər alçaqdır ki, bu cür yollara əl atır” — AzTV-dən çıxarılan əməkdar artist danışdı

Paylaş
Xəbər lentİ