Çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə olundu

Oxunma sayı: 468
15-11-2019, 21:31

Çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə olundu
Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş
Xəbər lentİ