BAKIDA MÖCÜZƏ: özünü 12-ci mərtəbədən atdı, sağ qaldı

Oxunma sayı: 685
16-03-2017, 14:24

BAKIDA MÖCÜZƏ: özünü 12-ci mərtəbədən atdı, sağ qaldı

Bakıda özünü 12-ci mərtəbədən atan şəxs sağ qalıb. arasdirma.info xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşüb və ölümcül olmayan xəsarətlər alıb.


Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayır. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.


Qeyd edək ki, ilkin məlumatda Ş.Səmədovun vəfat etdiyi bildirilmişdi.

Paylaş
Xəbər lentİ