Evrohome Ticarət Mərkəzi kül oldu

Oxunma sayı: 537
10-12-2019, 14:49

Evrohome Ticarət Mərkəzi kül oldu
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yerləşən Evrohome tikinti bazarında yanğın baş verib.
Arasdırma.info xəbər verir ki, "Eurohome" tikinti bazarında səhər saatlarından etibarən güclü yanğın başlayıb. Ətrafı qatı tüstü bürüyüb. SFövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 dən çox yanğınsöndürmə briqadası cəlb olunub. üç helikopter və xüsusi təyyarə ilə 150 tondan artıq su tökülüb.Lakin yanğını söndürmək mümükün olmayıb.Sahibkarların dediyinə görə 200 ə yaxımn mağazası olan bu Ticarət Mərkəzində yanğın səhər saatlarında başlayıb.Hadisə zamanı bir neçə avtomobil də ciddi xəsarət alıb.Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Paylaş
Xəbər lentİ