İcra başçısı və müavini iş başında həbs edildi

Oxunma sayı: 432
19-12-2019, 15:06

İcra başçısı və müavini iş başında həbs edildi
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.

Arasdırma.info əldə etdiyi məlumata görə, icra başçısı və müavini ötən gecə rüşvət üstündə həbs edilib.

Ağstafa Rayon İcra hakimiyyətindən bildirilib ki, təfərrüatla bağlı heç bir məlumata malik deyillər.

Qeyd edək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu ilin aprel ayında isə Ağstafa rayon icra başçısı vəzifəsinə təyin edilmişdi.

Qeyd: Bu barədə ilk xəbəri Bakıpost.az yayıb.

Paylaş
Xəbər lentİ