Azərbaycanda DAHA BİR ŞOK HƏBS - Rəis SAXLANILDI

Oxunma sayı: 394
24-12-2019, 12:54

Azərbaycanda DAHA BİR ŞOK HƏBS - Rəis SAXLANILDI
Yüksək təsiredici xüsusiyyətə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərdən biri rəis imiş.

Daxili İşlər Nazirliyindən məlumata görə, Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi Samir Məmmədov sözügedən əmələ görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb. S.Məmmədov bu məsələdən sonra Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib.Unikal.org

Paylaş
Xəbər lentİ