2 il bacısına təcavüz etdi, hamilə qoydu - Ailəsinin qərarı hamını heyrətə saldı

Oxunma sayı: 375
22-01-2020, 18:03

2 il bacısına təcavüz etdi, hamilə qoydu - Ailəsinin qərarı hamını heyrətə saldı
Türkiyənin Konya şəhərində dəhşətli cinayətin üstü açılıb.

Arasdırma.info xəbər verir ki, R.E. adlı şəxs 16 yaşlı bacısı H.E.-ni 2 il ərzində cinsi istismara məruz qoyub.

Tələbə yataqxanasında yaşayan və tətillərdə evinə gedən H.E. qardaşı ilə yaşadıqlarını qorxduğu üçün kimsəyə deməyib. Qardaşı onu cinsi əlaqyə məcbur edəndə isə qarnının şişdiyini görüb və hamilə olduğunu anlayıb. H.E. tələbə yataqxanasında ikən qarın ağrısı ilə xəstəxanaya aparılıb. Orada bətnindəki körpənin boğularaq öldüyünü öyrənib. Əməliyyatla ölü döl qızın bədənin çıxarılıb. Xəstəxananın polisə müracəti əsasında işin üstü açılıb.

Saxlanılan R.E. sorğuda bacısına cinsi təcavüz etdiyini etiraf edib. O, həbs olunub, bacısı isə dövlətin himayəsinə verilib.

Prokurorluq tərəfindən R.E. haqqında daimi formada azyaşlının cinsi istismara məruz qalması ittihamı ilə 56 ilə qədər həbs cəzası tələb ilə məhkəmə işi açılıb.

H.E. və onun valideynləri məhkəmədə R.E.-dən şikayətçi olmayıb.

Məhkəmə isə ona 30 il həbs cəzası verib.Publika.az

Paylaş
Xəbər lentİ