Bakıda gözəllik salonunda - Cinayət

Oxunma sayı: 456
16-02-2020, 02:27

Bakıda gözəllik salonunda - Cinayət
Bakının Xətai rayonunda oğurluq hadisəsinin üstü açılıb.

Arasdırma.info xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin və A.Həsənovun ətrafında Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi və Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 14-nə keçən gecə Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birindən 180 manat pul, Xətai rayonu ərazisindəki gözəllik salonlarının birindən 1800 manat olan pulqabı və mobil telefon oğurlamaları müəyyən edilib.

A.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-nə keçən gecə Nizami rayonu ərazisindəki mağazaların birindən 1723 manat, 1 ədəd qol saatı və mobil telefon oğurlaması üzə çıxıb.Teleqraf.com

Paylaş
Xəbər lentİ