Gənc oğlan bulvarda keçmiş arvadını başqası ilə görüb dəliyə döndü - Şok təfərrüat

Oxunma sayı: 425
25-03-2020, 05:37

Gənc oğlan bulvarda keçmiş arvadını başqası ilə görüb dəliyə döndü - Şok təfərrüat
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Teymur Ağayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Arasdırma.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

Teymur Ağayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il mayın 13-də baş verib.

Belə ki, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Teymur Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi, 1 ünvanının qarşısında Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Elşad Hüseynova biri daxilə nüfuz etməklə baş və kürək nahiyəsinə ümumilikdə 5 bıçaq zərbəsi vurub.

Nəticədə, Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırma zamanı Teymurun cinayəti namus üstündə törətdiyi məlum olub.

Teymur Elşadın keçmiş arvadı Əfsanə Şıxəliyeva ilə münasibətlərindən şübhələnib. Teymur boşandıqdan sonra Əfsanə Şıxəliyevanın Elşadla görüşməsini özünə təhqir kimi qəbul edib.

Bundan başqa, o, ailəsinin dağılmasına səbəbkar kimi də Elşadı görüb.

Teymur Əfsanəni izləyərək Elşadla görüşə getməsini gözləyib. Əfsanə bulvarda Elşadla görüşərkən Teymur "rəqibinə" bir neçə bıçaq zərbəsi endirib.

İstintaq orqanı tərəfindən Teymur Ağayevin barəsində Cinayət Məcəlləsinin 29,129-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Paylaş
Xəbər lentİ