Bakı avtovağzalında dəhşət: Ər arvadına 20 bıçaq vurdu – Təfərrüat

Oxunma sayı: 375
30-04-2020, 06:49

Bakı avtovağzalında dəhşət: Ər arvadına 20 bıçaq vurdu – Təfərrüat
Bakının Binəqədi rayonunda həyat yoldaşını öldürməkdə təqsirli bilinən Nicat Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Arasdırma.info Teleqraf.coma istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Nicat Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir aya qədər uzadılıb.

İttihama görə, ötən il oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini Nicat Məmmədov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib.

40-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Məmmədov saxlanılıb.

Qeyd edək ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib. 1986-cı il təvəllüdlü Nicat Məmmədov idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış.

Həmin vaxt Nicat Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Nicat Məmmədovla həyat yoldaşı Leyla Məmmədova arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Nicat Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt Nicat Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

İstintaq orqanı tərəfindən Nicat Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Binəqədi rayon Prokurorluğunda istintaq davam edir.

Paylaş
Xəbər lentİ