Mədəniyyət nazirinin bu gün vəzifədən azad edilən və DTX tərəfindən saxlanılanlar müavini Rafiq Abbasov və nazirliyin İdarə rəisi Zakir Sultanov məhkəməyə aparılıb.
Arasdırma.info "Qafqazinfo"ya istinadla xəbər verir ki, DTX-nın istintaq orqanının onlar barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bildirək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad edilib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70